Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri yenidən görüşəcək - Tarix açıqlandı
2-06-2023, 09:54
Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri formatında görüş keçiriləcək. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovadakı erməni diasporunun nümayəndələri ilə görüşündə deyib. Onun sözlərinə görə, görüş iyunun 14-ə planlaşdırılıb.. Xatırladaq ki, XİN başçıları sonuncu dəfə 1-4 May tarixlərində baş tutub.