Fransa və Almaniya bu format vasitəsilə “danışıqlarda biz də varıq” demək istəyirlər.

2-06-2023, 10:08           
Fransa və Almaniya bu format vasitəsilə “danışıqlarda biz də varıq” demək istəyirlər.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə beşli format (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) çərçivəsində müzakirə apardılar.
Almaniya kansleri Olaf Şolts ilk dəfə kollektiv müzakirədə iştirak etdi. Bu il oktyabrın 5-də İspaniyada keçiriləcək 3-cü Avropa Siyasi Birliyi sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa İttifaqının liderlərinin daha bir beştərəfli görüşü keçiriləcək.
Bu format müharibədən əvvəl Rusiya-Ukrayna gərginliyi ilə bağlı yaradılan Normand formatına (Rusiya, Ukrayna, Fransa və Almaniya) bənzəyir. Normand formatı işə yaramadı və dağıldı.
Azərbaycan-Ermənistan danışıqlarıyla bağlı beşli fotmatın da uğur qazanacağını söyləmək çətindir, sadəcə Fransa və Almaniya bu format vasitəsilə “danışıqlarda biz də varıq” demək istəyirlər.
Moskva, Vaşinqton, Brüssel fotmatına Fransa və Almaniyanın iştirakıyla “beşli format” da əlavə olundu.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru