Pentaqon: “Tanklar Ukraynanın Rusiyaya qarşı əks-hücumlarında həlledici rol oynayacaq”

2-06-2023, 11:18           
Pentaqon: “Tanklar Ukraynanın Rusiyaya qarşı əks-hücumlarında həlledici rol oynayacaq”
“Tanklar Ukraynanın Rusiyaya qarşı əks-hücum əməliyyatlarında həlledici rol oynayacaq”.

“Report” xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli deyib.

O bildirib ki, tanklar həm müdafiə, həm də hücum üçün çox vacibdir: “Təkmilləşdirilmiş müasir tanklar və texnikalardan istifadə üçün keçirilən təlimlər Ukraynanın uğurunun əsasını təşkil edəcək. Təxminən 400 Ukrayna əsgəri bu yaxınlarda ABŞ istehsalı olan M1A1 modifikasiyalı “Abrams” tankları ilə təlimlərə başlayıb. Bu təlimlər 12 həftə davam edəcək. Ukrayna qoşunlarının təxminən yarısı bu tankları idarə etməyi öyrənir”.

M.Millinin sözlərinə görə, ABŞ Ukraynaya ümumilikdə 31 “Abrams” tankı verməyi öhdəsinə götürüb: “Digər ölkələr artıq Böyük Britaniya istehsalı olan “Challenger 2” və Almaniya istehsalı olan “Leopard 2” tanklarını göndərib”.

Pentaqon rəsmisi həmçinin qeyd edib ki, F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükü vaxt alacaq.

Qeyd edək ki, rəsmi Kiyev daha əvvəl əks-hücum əməliyyatlarının başlandığını elan etmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru