Prezidentlərin görüşündə 3 əsas məqam - Millət vəkilindən detallı şərh
21-06-2016, 11:21
Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Dağlıq Qarabağ probleminin həlli üzrə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edib.
O, üç ölkə prezidentlərinin görüşündə üç məqamın diqqəti cəlb etdiyini bildirib:
1.Azərbaycan Prezidenti İlham Əlliyev görüşdən əvvəl problemin həllində əsas məsələnin Ermənistanın Azərbaycan torpaqlarının işağlına son qoyulması olduğunu bildirdi.
2.Görüşün nəticəsi olaraq bir sıra məsələlərdə anlaşma əldə olunduğunu bəyan etdilər və növbəti görüşlərin də bu formatda (üç ölkə prezidentinin iştirakı ilə) keçirilməsi barədə razılığa gəldilər.
3.Hər üç ölkənin xarici işlər nazirləri görüşdən razı qaldıqlarını bildirdilər.
Xatırladaq ki, iyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü keçirilib.
Peterburqun Konstantinov Sarayında baş tutan görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib.
Mia.az