`Dindən alət kimi istifadə edirlər` - Siyavuş Novruzov

21-06-2016, 15:48           

“Azərbaycan dövləti dini icmaların fəaliyyətinə diqqətlə yanaşır. Milli Məclisdə onların fəaliyyəti ilə bağlı müvafiq qanunlar qəbul edilib”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Azərbaycan Respublikasi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi – 15: dünən, bugün və sabah” adlı konfransdakı çıxışı zamanı deyib.

S.Novruzov vurğulayıb ki, dünyada, regionda baş verən hadisələrə baxmayaraq, Azərbaycanda sabitlik mövcuddur: “Bəzən böyük dövlətlər öz niyyətlərini həyata keçirmək üçün dindən istifadə edirlər. Biz bunu görürük. Ancaq, Azərbaycanda dini sahədə stabillik var. İstər Qafqaz Müsəlmanları İdarəsinin, istərsə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi tədbirlər, seminarlar dövlət-din münasibətlərinin bariz nümunəsidir. Belə tədbirlərdə seminarlarda dövlət siyasəti cəmiyyətə çatdırılır. Belə olduğu halda bütün mənfi halların qarşısını almaq mümkün olur. Dövlət-din münasibətlərinin tənzimlənməsi nümunədir, digər dövlətlərdə bundan yararlana bilər”.
AzVision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.