Nazirlikdən Qubad İbadoğluna RƏDD CAVABI

21-06-2016, 19:41           
Nazirlikdən Qubad İbadoğluna RƏDD CAVABI
Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının dövlət qeydiyyatı ilə bağlı müraciətini növbəti dəfə mənfi cavablandırıb.

ADR Hərəkatının sədr müavini Ellada Məmmədlinin APA-ya verdiyi məlumata görə, nazirliyin cavab məktubunda dövlət qeydiyyatından imtinanın səbəbi kimi ADR-in Nizamnaməsində qəbul, əlavə və dəyişiklik edilməsi qaydasının olmaması göstərilib: "Əgər qanunun bu tələbinə əməl edilməyibsə, niyə Ədliyyə Nazirliyi birinci və ikinci dəfə sənədləri geri qaytaranda irad bildirilməyib? Artıq 3-cü dəfə hərəkatın qeydiyyatı ilə bağlı göstərilən iradlar onu deməyə əsas verir ki, bunlar hamısı bəhanədir ".

E. Məmmədli Ədliyyə Nazirliyini məhkəməyə verəcəklərini qeyd edib: "Hesab edirik ki, bundan sonrakı münasibətlər məhkəmə müstəvisində həll olunmalıdır. Şikayətimiz burda da təmin olunmasa, Avropa Məhkəməsinə müraciət edəcəyik".

Qeyd edək ki, Müsavat Partiyasının sonuncu qurultayının nəticələrindən narazı qalaraq partiya sıralarını tərk edən bir qrup şəxs tərəfindən yaradılan ADR Hərəkatının sədri Qubad İbadoğludur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.