Seçkilərdə gündəmə gələn Əfruz müəllim öldü

10-06-2023, 12:10           
Seçkilərdə gündəmə gələn Əfruz müəllim öldü
Bakı şəhər Yasamal rayon 13 saylı orta məktəbin idman müəllimi Əfruz Hacıyeva vəfat edib.
Teref.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, ötən gün xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Hacıyeva 2014-cü il bələdiyyə seçkilərində yol verilmiş qanunsuzluq hallarının görüntüləri ilə bağlı gündəmə gəlmişdi.

Həmin vaxt Ə. Hacıyeva 15 saylı Yasamal I Seçki Dariəsinin 12 saylı seçki məntəqəsinin üzvü idi.

13 saylı məktəbdən “Qafqazinfo”ya bildirilib ki, Əfruz Hacıyeva bir müddət əvvəl yaşla əlaqədar pensiyaya çıxıbmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru