Ukraynanın gözlənilən əks-hücum əməliyyatı başlayıb.

11-06-2023, 09:06           
Ukraynanın gözlənilən əks-hücum əməliyyatı başlayıb.
Qərb mediasında (misal üçün Forbes, Bild və s.) Ukrayna ordusunun ilkin mərhələdə istənilən uğuru əldə edə bilmədiyi iddiaları irəli sürülür, əgər bu doğrudursa, normal hesab edilə bilər, çünki onlar rusların möhkəmlənmiş müdafiə xəttinə qarşı vuruşurlar.
Ümumiyyətlə Ukrayna müharibəsinin hərbi nəticələri ilə bağlı qeyri-müəyyənlik əvvəldən olub, hər iki tərəf öz mövqeyinə uyğun informasiya tirajlayır, Qərb mediası da bu məsələdə iki hissəyə bölünüb.
Bu baxımdan, nəzərəçarpacaq nəticə olmadığı müddətdə yayılan informasiyalara inam azdır.
Əks-hücumun nəticəsindən çox şey asılıdır: Qərbin Kiyevə dəstəyinin davam etdirilməsi, mümkünlüyü sual altında olsa da, qurulacaq danışıqlar masasında tərəflərin mövqeləri arasındakı balans, o cümlədən, təkcə Ukraynanın yox, bütöv regionun da taleyi.
Uzunmüddətli və ağır döyüşlər olacağı məlumdur. Və Ukrayna cəbhəsində baş verənlər Qarabağdakı proseslərin inkişafına da təsir edən amildir.
Çünki Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Azərbaycan Qarabağ iqtisadi rayonunda irəliləyişlərə nail oldu.
Əks-hücum əməliyyatının başlanması bu kontekstdə bizim üçün yeni imkanlar açır və istisna deyil ki, Ukrayna cəbhəsində döyüşlər şiddətləndikcə, rəsmi Bakı Qarabağdakı mövqelərini də irəlilədə bilər.
Asif Nerimanli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.