Putin yenə kif atmış arqumentini təkrarladı...

12-06-2023, 09:04           
Putin yenə kif atmış arqumentini təkrarladı...
Putin dünən müharibə haqqında danışdı, ordusunu təriflədi, günahı yenə Ukraynanın üzərinə atdı və kif atmış arqumentini təkrarladı - "hər şeyin günahkarı 2014-cü ildə Ukraynada dövlət çevrilişi, sonra qurulan qeyri-legitim Kiyev rejimidir", dedi.
2014-dən sonra Ukraynada hər biri 2 dəfə olmaqla prezident, parlament və bələdiyyə seçkiləri olub, tutalım, 2014-də çevriliş olub, sonra axı legitim, azad seçkilərlə hakimiyyət formalaşıb, elə deyil?! Hətta Poroşenko hakimiyyətdə ola-ola seçki uduzub, udanın əlini sıxıb, hakimiyyəti seçki ilə təhvil verib - rusların belə vəziyyət yuxularına da gəlməz...
Putinin məntiqi ilə yanaşsaq 1917-dən bəri indiki Rusiyada legitim hakimiyyət olmayıb, SSRİ də qeyri-qanuni qurulub, 106 ildir Rusiyada qanunsuz hakimiyyət var - axı 1917-də Rusiyada çevriliş oldu, özü də iki dəfə, deməli sonra nə olubsa hamısı qanunsuzdur.
Kremlin bu yanaşması absurd olduğu qədər gülməlidir, dünyada onlarla ölkə var ki, tarixlərinin öz "2014-ləri" var...
Natig Cəfərli
Tertef.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru