Şamil Basayevin qızı və nəvəsini Almaniyadan deportasiya edilir...

12-06-2023, 13:28           
Şamil Basayevin qızı və nəvəsini Almaniyadan deportasiya edilir...
Şamil Basayevin qızı və nəvəsi Xorvatiya vasitəsilə Almaniyaya gəlib və siyasi sığınacaq istəyirlər. Lakin Almaniya höküməti onları deportasiya etmək istəyir...

Poliqon xəbər verir ki, bu barədə hüquq müdafiəçisi, “İşgəncələrə Qarşı Komanda”nın Şimali Qafqaz bölməsinin keçmiş hüquqşünası Abubakar Yanqulbayev sosial şəbəkədə məlumat verib. Yanqulbayevin sözlərinə görə Almaniya höküməti Şamil Basayevin qızını və nəvəsini Rusiyaya deportasiya etmək istəyir.

“Qanuni tənzimləmələr səbəbiylə, xüsusən də sözdə “Dublin” qanununa əsasən, onlar Xorvatiyaya geri deportasiya ilə üzləşiblər, Xorvatiyadan isə çeçenlər və digər rus müsəlmanları Türkiyə və ya Rusiyaya deportasiya edilir. Və hər iki halda bu, onlar üçün təhlükəsiz deyi”, deyə Abubakar Yanqulbayev sosial şəbəkədə yazıb.

Hüquq müdafiəçisi qeyd edib ki, 2013-cü ildə onlar artıq Almaniyada olublar və sığınacaq istəyiblər, lakin onlara rədd cavabı verilib və 2018-ci ildə Rusiyaya deportasiya ediliblər.

Bundan sonra Şamilin qızı və oğulları Çeçenistana qayıtıblar. Artıq 2021-ci ildə Şamilin ortancıl nəvəsi müxalif teleqram qrupunda iştirak etdiyinə görə Kadırovçular tərəfindən qaçırılıb və işgəncələrə məruz qalıb. Girov yalnız pul fidyəsi alındıqdan sonra azad edildi və Basayevin nəvəsi Çeçenistanı tərk edib.

Ancaq böyük və kiçik Çeçenistanda analarının yanında qalıblar. Ortancıl oğlunun “qaçmasından” sonra Çeçenistan hakimiyyəti Şamilin qızının böyük oğlunu da qaçırıb və o da işgəncələrə məruz qaldıqdan və fidyə ödənildikdən sonra zad edilib. Bundan sonra Şamilin böyük nəvəsi Vladiqafqaza gedbi və səfərbərlik başlayana qədər orada yaşayıb. Səfərbərlikdən qaçmaq üşün Şamilin nəvəsi anası ilə bilrikdə Türkiyəyə uçublar və Xorvatiya vasitəsilə Almaniyaya keçiblər.

Yanqulbayevbildirib ki, hazırda onların işi araşdırılır. Deportasiya isə realdır, çünki onlar artıq bu prosedura onlara qarşı bir dəfə həyata keçirilib və qaçqınlar Rusiyaya qaytarılıblar.

Hüquq müdafiəçisi qeyd edir ki, onlar üçün ikinci dəfə Rusiyaya deportasiya edilmək ana və oğulun məhkəməsiz edam ilə nticələnə bilər.

Qeyd edək ki, Şamil Basayev çeçenlərin Rusiyaya qarşı apardığı müharibədə əsas simalardan biri olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.