Uranın zənginləşdirilməsi 90 faizə çatarsa, İran vurulacaq

13-06-2023, 12:04           
Uranın zənginləşdirilməsi 90 faizə çatarsa, İran vurulacaq
İsrail rəsmisi İranın zənginləşdirilmiş uran ehtiyatlarının hazırda 2015-ci ildə müəyyən edilmiş limitdən 23 dəfə çox olduğunu bildirib
İran uranı 90% zənginləşdirməsinin İsrailin zərbəsi ilə nəticələnəcəyini bilir.
Bunu yüksək vəzifəli İsrail rəsmisi "Israel Hayom"a açıqlamasında deyib.
İsrail rəsmisi İranın zənginləşdirilmiş uran ehtiyatlarının hazırda 2015-ci ildə müəyyən edilmiş limitdən 23 dəfə çox olduğunu bildirib: "ABŞ, eləcə də digər Qərb dövlətləri də yaxşı bilirlər ki, nüvə bombasının istehsalı üçün lazım olan hədd - 90% zənginləşdirilmiş uran İsrail üçün "qırmızı xətt"dir".
İsrail rəsmisi onu qeyd edib ki, ABŞ-ın İranla müqavilə bağlamaq üçün göstərdiyi nəzərəçarpan səylərə baxmayaraq, çətin ki, uğur əldə edilsin, çünki İranın Ali Rəhbəri Əli Xamenei sövdələşməyə heç bir maraq göstərmir.
Qeyd edək ki, İsrail rəsmisinin bəyanatı İran və Qərb ölkələri arasında İranın nüvə proqramı ilə bağlı razılaşma potensialının olduğu bir vaxta təsadüf edir. Dünən səhər saatlarında ölkəsinin atom sənayesi nümayəndələri ilə görüşən Xamenei deyib ki, İran istəsə Qərb Tehranın nüvə silahı istehsalını dayandıra bilməz (APA).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru