Aİ: Rusiyanın diqqətini Ukraynaya yönəltməsi Cənub Qafqazda geosiyasi balansa təsir edib

14-06-2023, 00:08           
Aİ: Rusiyanın diqqətini Ukraynaya yönəltməsi Cənub Qafqazda geosiyasi balansa təsir edib
Rusiyanın Ukraynaya hücumu həm siyasi, həm də iqtisadi baxımdan Cənubi Qafqaza qalıcı və mənfi təsirlər göstərib.

Bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində Azərbaycan-Ermənistan əlaqələri, Qarabağda və Laçın yolunda vəziyyətlə bağlı keçirilən dinləmədə deyib.

O, Rusiyanın diqqətini Ukraynaya yönəltməsinin Cənub Qafqazdakı geosiyasi balansa təsir etdiyini vurğulayıb: “Rusiyanın hərəkətləri, xüsusilə də Rusiyanın Ukraynaya hücumu həm siyasi, həm də iqtisadi baxımdan regional və qlobal səviyyədə, xüsusilə də Cənubi Qafqazda qalıcı və mənfi təsirlər göstərib. Rusiyanın diqqətini hazırda Ukraynaya yönəltməsinin Cənub Qafqazdakı geosiyasi balansa nəzərəçarpan (mənfi) təsirləri olub. Bildiyiniz kimi, Ermənistan 2022-ci ilin sentyabrında Azərbaycanla sonuncu hərbi eskalasiya zamanı Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hərbi dəstək üçün müraciət etmişdi. Lakin Ermənistan nə Rusiyadan, nə də KTMT-dən heç bir dəstək qəbul edib”.

Borrell qeyd edib ki, Rusiyanın Qarabağda sülhməramlı qüvvələrinin yerləşdirilməsi onun Ermənistan-Azərbaycan əlaqələrinin tənzimlənməsindəki rolunun vacib aspektidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.