Putin: Rusiyada hələ də PUA-ların sayı kifayət etmir

14-06-2023, 00:03           
Putin: Rusiyada hələ də PUA-ların sayı kifayət etmir
Rusiyada hələ də PUA-ların sayı kifayət etmir.

Bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə görüşündə bildirib.

"Orduda çox şey çatışmır, yüksək dəqiqlikli silahlar, rabitə vasitələri, PUA-lar. Amma kəmiyyət baxımından çatışmır", deyə Putin vurğulayıb.

Onun sözlərinə görə, PUA-ların sayı kifayət etməsə də, Rusiya ordusu onlardan Ukrayna Silahlı Qüvvələrindən daha səmərəli istifadə edir.

Putin bildirib ki, Rusiyada silahların xüsusiyyətləri və uçuş məsafəsi yaxşılaşır. "Əgər xüsusi hərbi əməliyyat olmasaydı, ordumuzu necə kökləyəcəyimizi başa düşməzdik. İl ərzində əsas silah növlərinin istehsalı 2,7 dəfə, ən tələb olunan sahələrdə isə 10 dəfə artıb".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.