“Putin ABŞ-dakı seçkilərə qədər müharibəni bitirməyəcək” – Borrel

14-06-2023, 08:25           
“Putin ABŞ-dakı seçkilərə qədər müharibəni bitirməyəcək” – Borrel
Putin Ukraynaya qarşı müharibəni ABŞ-dakı pezident seçkilərinə qədər bitirməyəcək.

Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel İspaniya mətbuatna müsahibə verərkən deyib.

“Düşünürəm ki, o, (Putin) ABŞ seçkilərinin nəticələrini gözləyir. Bundan əvvəl sülh danışıqlarına başlanmasını gözləmək lazım deyil”, - Borrel bildirib.

Diplomatın fikrincə, ABŞ-a hazırkı lider Co Bayden yox, keçmiş Prezident və bu vəzifəyə hazırkı namizəd Donald Tramp rəhbərlik etsəydi, müharibə çox başqa cür cərəyan edərdi.

“Bildiyiniz kimi, ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Tramp bu yaxınlarda demişdi ki, qalib gəlsə, 24 saat ərzində Ukraynada müharibəni bitirə bilər. Lakin o, bunu necə və nəyin bahasına edəcəyini açıqlamayıb. Məsələn, əgər Qərb Kiyevə hərbi yardımını dayandırsa, Ukrayna bir neçə günə təslim olacaq. Lakin Ukraynanın oyuncaq ölkəyə çevriləcəyi bu cür sülh kimə lazımdır?”,-deyə o, qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru