Rusiya hərbi kontingentinin Qarabağda və Ermənistanda varlığı Avropanın da maraqlarına cavab vermir.

14-06-2023, 08:25           
Rusiya hərbi kontingentinin Qarabağda və Ermənistanda varlığı Avropanın da maraqlarına cavab vermir.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində Azərbaycan-Ermənistan əlaqələri, Qarabağda və Laçın yolunda vəziyyətlə bağlı keçirilən dinləmədə deputatlardan birini sualına cavab olaraq deyib ki, Qarabağda Rusiya sülhməramlılarının olması Ermənistan-Azərbaycan əlaqələrinin tənzimlənməsi baxımından əlavə çətinlik kimi qiymətləndirilməməlidir.
Cozep Borrelin təbirincə desək, “Qarabağda Rusiya sülhməramlılarının olması” Avropa İttifaqının vasitəçiliyinə çətinlik yaratmasa da, bu Azərbaycana çətinlik yaradır və Qarabağın tamamına nəzarəti bərpa etmək üçün bu çətinlikdən qurtulmaq lazım gələcək.
Borrel Avropa Parlamentindəki bir qrup ermənipərəst deputatı qıcıqlandırmaq istəməsə də, Rusiya hərbi kontingentinin Qarabağda və Ermənistanda varlığı Avropanın da maraqlarına cavab vermir.
Brüssel məhz bu səbəbdən Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüslərini fəallaşdırıb ki, Rusiya Cənubi Qafqazda özünü sərbəst hiss etməsin.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru