ABŞ konqresmenləri böyük forumun Cənubi Afrikada keçirilməməsi üçün çağırış etdilər: “Putinə dəstək olunmasın”

14-06-2023, 13:14           
ABŞ konqresmenləri böyük forumun Cənubi Afrikada keçirilməməsi üçün çağırış etdilər:
“Cənubi Afrikada keçirilməsi nəzərdə tutulan Afrikanın iqtisadi inkişaf və ticarət imkanları qanunvericiliyinə həsr olunmuş böyük ticarət forumu başqa regiona köçürülsün”.

Belə bir təkliflə ABŞ Konqresinin hər iki partiyasının nümayəndələri Ağ Evə müraciət ediblər.

ABŞ rəsmiləri ABŞ dövlət katibi Antoni Blinkenə, milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivana və ticarət nümayəndəsi Ketrin Taya məktub ünvanlayıblar.

Məktubda forumun Cənubi Afrikada keçirilməsinin Rusiyanın Ukraynadakı hərəkətlərinə gizli şəkildə dəstək ifadə edəcəyindən narahatlıq əks olunub.

Xatırladaq ki, avqust ayında Cənubi Afrikada BRİKS sammitinin keçirilməsi nəzərdə tutulur və əgər Rusiya prezidenti bu sammitdə iştirak üçün ölkəyə gələrsə, Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi order əsasında həbs olunmalıdır.

Mənbə: “The New York Times”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru