Rusiya yenidən Kiyevi ələ keçirmək istəyir? - Putindən qəribə açıqlama

14-06-2023, 10:37           
Rusiya yenidən Kiyevi ələ keçirmək istəyir? - Putindən qəribə açıqlama
Rusiya Prezidenti Vladimir Putin iyunun 13-də Kremldə 18 rusiyalı müharibə müxbiri və blogerin suallarını cavablandırıb.

Modern.az xəbər verir ki, o, Ukraynadakı müharibə, səfərbərlik, hərbi vəziyyət kimi mövzulara toxunub.

"Müharibə” sözündən bir neçə dəfə istifadə edən Putin Qərbə çoxlu sayda xəbərdarlıqlar edib. O, Rusiyaya hücumunun qarşısını almaq üçün hərbçilərin Ukraynada “sanitariya zonası” tətbiq etməli ola biləcəyini vurğulayıb.

Putinin sözlərinə görə, ABŞ-da bir çoxları Üçüncü Dünya Müharibəsini istəmir, buna baxmayaraq, Vaşinqton eskalasiyadan qorxmur.

Onun ən müəmmalı açıqlaması Kiyev haqqında olub. "Ora (Kiyevə - red.) qayıtmalıyıq, ya yox? Mən niyə belə ritorik sual verirəm? Buna ancaq mən özüm cavab verə bilərəm", - Putin deyib. Rusiya liderinin Kiyevlə bağlı açıqlaması televiziyalarda təkrar-təkrar göstərilib.

Qeyd edək ki, Rusiya qüvvələri müharibənin əvvəlində Kiyevi tutmağa cəhd etsə də, buna nail ola bilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.