KİV: Paşinyan artıq öz komanda üzvlərinə də güvənmir

14-06-2023, 14:15           
KİV: Paşinyan artıq öz komanda üzvlərinə də güvənmir
Ermənistanın baş naziri Nikol Paşinyan artıq öz komanda üzvlərinə də güvənmir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd” qəzeti yazıb.

Bildirilib ki, N.Paşinyanın təhlükəsizlik xidmətinin əməkdaşları görüşlərdən əvvəl hakim "Mülki Müqavilə” partiyasının deputatlarının telefonlarını və ağıllı saatlarını yığırlar.

Deputat Ovik Ağazaryan bu məlumatı təsdiqləyib.

O. Ağazaryan iddia edib ki, guya bu, parlamentarilərin diqqətinin yayınmaması üçündür.

Öz növbəsində "Hraparak” qəzeti yazır ki, iyunun 10-da N.Paşinyan müdafiə naziri Suren Papikyanın oğlu Arşak Orduxanyanın toyunda iştirak edib. Baş nazirin gəlişindən əvvəl təhlükəsizlik işçiləri təxminən 900 qonağı metal detektorları ilə yoxlayıb.

Nəşrlər iddia edir ki, bunlar N.Paşinyanın təhlükəsizlik qayğılarından xəbər verir.

Mənbə: azxeber.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru