Putin Priqojinin ipini yığmaq üçün üsullar axtarır, hələ ki,...

15-06-2023, 11:54           
Putin Priqojinin ipini yığmaq üçün üsullar axtarır, hələ ki,...
Rusiya prezidenti Vladimir Putin hərbi mövzuda yazan jurnalist və ekspertlərlə qapalı görüşdə Yevgeniy Priqojin barədə də suala cavab verib.
Putin Priqojinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunu söyməsinin və aşağılamasının doğru olmadığını bildirib. Göründüyü kimi, Putin birmənalı şəkildə dostu Priqojini küçə söyüşlərinə görə sərt tənqid etməyib, “sadəcə doğru deyil” kimi yumşaq ifadədən istifadə edib.
Bütün hallarda Priqojinin açıqlamaları Rusiya müdafiə nazirinin və ordusunun imicinə zərbədir və Kreml sahibi bu gedişatın qarşısını ala bilməyib. Putin Priqojinin rəhbəri olduğu “Vaqner” muzdlu qruplaşmasının Müdafiə Nazirliyi ilə müqavilə imzalamasının tərəfdarıdır.
Priqojin aşağıladığı Müdafiə Nazirliyi ilə müqavilə imzalayarmı? Putin Priqojinin ipini yığmaq üçün üsullar axtarır, hələ ki, nəticə əldə edə bilməyib.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru