Fransa Ermənistanı müharibəyə hazırlayır: - Hərbi texnika verildi

15-06-2023, 12:38           
Fransa Ermənistanı müharibəyə hazırlayır: -
Fransa Tədqiqat Mərkəzi Ermənistanla bu ölkə arasında hərbi-texniki əməkdaşlığın aktivləşməsini proqnozlaşdırır.

TEREF.AZ Cebhe.info-ya istinadla xəbər verir ki, Fransa Ermənistana 50 ədəd VAB MK3 zirehli transportyoru tədarük edəcək. Bu barədə Avropada Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun (IPSE) direktoru Emmanuel Dupuy mətbuata müsahibəsində danışıb.

Çatdırılmaların şərtləri və cədvəli barədə məlumat verilmir. Ümumiyyətlə, zirehli texnikanın açıq mənbələrdə tədarükü ilə bağlı məlumatlar mayın ortalarında yayılmağa başlayıb. Lakin Fransa tərəfdən bu xəbərlərə heç bir şərh gəlməyib.

Dupunun sözlərinə görə, qeyd olunanla yanaşı, Ermənistan tərəfindən Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” və “Şerpa” zirehli maşınlarının da alınması imkanları müzakirə olunur.

Mərkəz rəhbəri əlavə edib ki, Fransanın İrəvandakı səfirliyinə qarşıdakı hərbi attaşe təyinatı ilə Ermənistan-Fransa müdafiə əməkdaşlığı fəallaşacaq. Attaşenin təyin olunmasını aprel ayında Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfəri zamanı elan etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.