İsveçrədə Türkiyəyə qarşı təxribat: "Ərdoğanı öldürün"

15-06-2023, 12:58           
İsveçrədə Türkiyəyə qarşı təxribat:
İsveçrənin Sürix şəhərində prezident Rəcəb Tayyib Ərdoğanı və Türkiyə bayrağını hədəf alan təxribatlar həyata keçirilib.

Sürixdə UBS bankının qarşısında “Sürix İnqilabçı Tətil Kollektivi” adlı qrup tərəfindən prezident Ərdoğana bənzədilmiş kukla və Türkiyə bayrağı yandırılıb.

Avropanın əksər şəhərlərində rahat şəkildə hərəkətə keçən terror təşkilatı PKK tərəfdarları bu dəfə İsveçrənin Sürix şəhərində təxribata cəhd ediblər . İsveçrənin hər yerində minlərlə insanın təşkil etdiyi “Feminist tətili”nə sızan qrup, bank qarşısındakı təxribatlardan əvvəl “Ərdoğanı öldürün” yazılmış pankart da açıb.

Pankartı və kuklanı İnstaqram hesabında da paylaşan qrup, kuklanın yanma anını əks etdirən videonu Twitter-də yayımlayıb.
İsveçrə polisi aksiyanın onların xəbəri olmadan baş verdiyini və icazəsiz olduğunu iddia edib. Türkiyənin Berndəki səfirliyi və Sürixdəki baş konsulluğun təxribatla bağlı İsveçrə federal orqanları ilə təmasları davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.