Kissincer: Rusiya ilə bu şəkildə davranın!

17-06-2023, 10:08           
Kissincer: Rusiya ilə bu şəkildə davranın!
Avropa ilə Rusiya arasında münasibətlər konsensusa əsaslanmalıdır.

Bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

“İstərdim, Rusiya etiraf etsin ki, onun Avropa ilə münasibətləri razılığa və bir növ konsensusa əsaslanmalıdır. Əminəm ki, münaqişə başa çatsa, bu məqsədə nail oluna bilər. Rusiyanı “incimiş gücə” sövq etmək olmaz, çünki bu, yeni gərginliklərə səbəb ola bilər”, – o bildirib.

Kissincer qeyd edib ki, güclər arasında geosiyasi münasibətlərdə hərbi təfəkkürün üstünlük təşkil etməsi təhlükəsi var:

“Bu da Rusiya-Ukrayna münaqişəsini qlobal qarşıdurmaya çevirə, Çin kimi ölkələri özünə cəlb edə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru