Ukrayna yaxın zamanlarda NATO-ya dəvət olunmayacaq

17-06-2023, 09:58           
Ukrayna yaxın zamanlarda NATO-ya dəvət olunmayacaq
İyulda Vilnüsdə keçiriləcək NATO sammiti zamanı Ukrayna Şimali Atlantika Alyansına dəvət almayacaq.

Bunu Brüsseldə mətbuat konfransı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Biz Ukrayna üzrə fəaliyyət planını müzakirə etdik. Bu, Osloda nazirlərin görüşündə qaldırılan məsələdir”, - NATO-nun rəhbəri bəyan edib.

Stoltenberqin sözlərinə görə, Ukrayna ilə bağlı mühüm elementlər ölkənin praktiki baxımdan NATO-ya yaxınlaşması və Ukraynanın Aİ-yə üzvlüyüdür.
“Hələlik biz Vilnüs sammiti zamanı Ukraynanı NATO-ya üzv olmağa dəvət etməyi müzakirə etməyəcəyik. Amma biz hesab edirik ki, Ukrayna üzv olmalıdır. Biz bu prosesi yaxınlaşdıracağıq. Vilnüsdə bunun necə olacağına dair konsensus tapa biləcəyimizə əminik”, - Stoltenberq əlavə edib.

Qeyd edək ki, NATO Sammiti iyulun 11-12-də keçiriləcək.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru