İRAN , TÜRKLƏRİ VƏ TÜRKİYƏNİ NECƏ GÖRÜR .....

17-06-2023, 14:31           
İRAN , TÜRKLƏRİ VƏ TÜRKİYƏNİ NECƏ GÖRÜR .....
Zəhərli qadın...
Söhbət təbii ki, birbaşa anlamda, cismani olaraq zəhərli olmaqdan getmir. Belələrinə adətən "toksik adam" deyirlər. Bu cür varlıqlar məkrli niyyətləri ilə, pis ifadələri ilə yan-yörələrinə və bəzən hətta bütün insanlığa zəhər saçırlar.
İranın birinci xanımı Cəmiliya Aləmul-hüda da toksik adamdır. Bunu onun son açıqlaması da təsdiqləyir. O, türkəfob olduğunu gizlətmir.
Belə ki, İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmiliya Aləmul-hüda əri ilə birlikdə səfərdə olduğu Venesuelada televiziyaya verdiyi müsahibəsində türkləri İranın düşməni adlandırıb.
Cəmiliya Aləmul-hüdadan sitat:
“Tarix boyu İranın çox düşmənləri olub. Türklər, moğollar və ərəblər İranın düşməni olsalar da, İrana hücum etsələr də, İran mədəniyyətini sıradan çıxara bilməyiblər“.
Maraqlıdır, Latın Amerikasına səfər edən İran prezidentinin xanımını görəsən, nə vadar edib ki, Türk dünyasından çox-çox uzaqlarda yerləşən bir coğrafiyada - Venesuelada türklər haqqında mənfi ictimai rəy formalaşdırmağa çalışıb? Bu, onun öz tarixi biliklərini nümayiş etdirmək, intellektual först-ledi obrazında görünmək istəyindən irəli gəlib? Yoxsa, biz bunu ənənəvi paniranizm, panfarsizm şüurunun təzahürü kimi, türk (Turan) düşmənçiliyinin üzə vurması kimi dəyərləndirməliyik?
Şübhəsiz ki, burada hər iki amilin də rolu var.
Pəhləvilər İran-Turan düşmənçiliyini 20-ci əsrə daşıdıqları kimi, görünən budur ki, mollalar da bu murdar zehniyyəti 21-ci əsrə daşımağı hədəfləyiblər.
Və bu zehniyyəti bir ölkənin məhz birinci xanımının tirajlamağı isə lap rüsvayçılıqdır. Bir qadının bu qədər zəhərli düşüncələrin daşıyıcısı olması qadınlığın təbiətinə zidd olmaqla yanaşı, həm də İranın mövcud rejiminin açıq-aşkar irqçi-faşist rejim olduğunu təsdiqləyir. Bu mənada, farslar öz erməni əqrəbalarından heç də geri qalmırlar.
Bəybala Mirzəyev
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.