"Taxıl müqaviləsinin şansı yoxdur" - Peskov

18-06-2023, 08:28           
"Taxıl müqaviləsinin şansı yoxdur" - Peskov
Taxıl müqaviləsinin perspektivləri yoxdur.
Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya"ya müsahibədə bildirib.
Kremlin nümayəndəsinin sözlərinə görə, taxıl sazişinin şansı yoxdur, çünki bu Saziş üzrə Rusiyanın öhdəlikləri yerinə yetirilməyib.
"Hər hansı bir son qərarı proqnozlaşdırmaq mümkün deyil, ancaq de-fakto vəziyyətimizə görə mühakimə etsək, şans yoxdur", - deyə Peskov bildirib.
Eyni zamanda, prezidentin mətbuat katibi Rusiyanın taxıl müqaviləsini dəfələrlə uzatdığını və bununla da xoş niyyət göstərdiyini vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.