Saakaşvilinin əfv olunması... - Gürcüstan Prezindenti sərt danışdı

18-06-2023, 08:22           
Saakaşvilinin əfv olunması... -
"Mən gürcü xalqı qarşısında cavabdehəm və onların hiss etdiklərini rəhbər tutmalıyam. Gürcü xalqı çoxlu qurbanlar verən Saakaşvili rejiminin 9 ilindən sağ çıxdı".

Gürcüstan Prezidenti Salome Zurabişvili Mixail Saakaşvilinin əfv olunması ehtimalını şərh edərkən belə deyib.

"Gürcü xalqı çox humanist və tolerantdır. Amma əhalinin hissləri ondan ibarətdir ki, onun rejimi dövründə törədilən cinayətlərin əvəzini verməlidirlər – bəlkə də onun yox, onun göstərişi ilə”, - deyə o bildirib.

Bundan əlavə, Gürcüstanın keçmiş prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvili sosial şəbəkələrdə eyni vaxtda həm Gürcüstanda, həm də Ukraynada siyasi həyata qoşulmağa hazır olduğunu bildirib. \\Ölkə.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru