Bayden: “Rusiyanın Belarusa öz nüvə silahlarını yerləşdirməsi böyük məsuliyyətsizlikdir”

18-06-2023, 08:12           
Bayden: “Rusiyanın Belarusa öz nüvə silahlarını yerləşdirməsi böyük məsuliyyətsizlikdir”
ABŞ prezidenti Co Bayden bəyan edib ki, Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi böyük məsuliyyətsizlikdir.

ABŞ Prezidentinin jurnalistlərə verdiyi bu açıqlamanı Ağ Evin mətbuat xidməti yayıb.

“Mən artıq dəfələrlə bu məsələyə münasibət bildirmişəm. Bu, böyük məsuliyyətsizlikdir”, - deyə ABŞ lideri vurğulayıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin martın 25-də bildirib ki, Rusiya Minskin xahişi ilə ABŞ-ın çoxdan öz müttəfiqlərinin ərazisində etdiyi kimi, öz taktiki nüvə silahlarını Belarus ərazisində yerləşdirəcək.
Moskva artıq Minskə nüvə silahı daşıya bilən “İsgəndər” raket kompleksinin ilk partiyasını təhvil verdiyini açıqlayıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru