ABŞ dövlət katibi Çinə getdi18 İyun 2023 08:48

18-06-2023, 09:44           
ABŞ dövlət katibi Çinə getdi18 İyun 2023 08:48
ABŞ dövlət katibi Entoni Blinken Pekində səfərdədir.

Publika.az xəbər verir ki, bu barədə "The Paper" yazır.

Onun Çinin paytaxtında iki gün qalacağı vurğulanır. Bu, onun ABŞ Dövlət Departamentinin rəhbəri kimi Çinə ilk səfəridir.

Blinkenin xarici işlər naziri Qin Gang ilə görüşü planlaşdırılır.

Bundan əvvəl Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirmişdi ki, Blinken iyunun 18-19-da Çinə səfəri zamanı həmkarı ilə digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivlərini də müzakirə etməyi planlaşdırır .


Bundan əlavə, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer etiraf edib ki, Vaşinqton və Pekin arasında münasibətlərin hazırkı trayektoriyası ABŞ və Çin arasında hərbi münaqişəyə gətirib çıxara bilər. O, xüsusilə, Tayvanla bağlı iki ölkənin fərqli baxışlarına diqqət çəkib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.