İranın keçmiş prezidentinə cinayət işi açılıb

19-06-2023, 00:07           
İranın keçmiş prezidentinə cinayət işi açılıb
İranın sabiq prezidenti Həsən Ruhani barəsində cinayət məcəlləsinin iki maddəsi üzrə iş açılıb.

Bu barədə İran İslam Şurası Məclisinin (Parlament) üzvü Nəsrullah Pejmanfər açıqlama verib.

Onun sözlərinə görə, Həsən Ruhaniyə qarşı 700 min nəfərin şikayətilə bağlı iş prokurorluğa göndərilib, məsələnin ən qısa zamanda araşdırılacağı, onun barəsində həbs-qətimkan tədbiri və ya məhkəmə qərarı veriləcəyi gözlənilir.

Həsən Ruhani birja problemləri və valyuta bazarına müdaxilədə ittiham edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.