Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı məlumatı təkzib etdi

19-06-2023, 10:14           
Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı məlumatı təkzib etdi
“İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat yayıb.
“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru