Ermənistandakı məktəblərimiz dostluğumuzu möhkəmləndirəcək - Kreml rəsmisi

19-06-2023, 12:59           
Ermənistandakı məktəblərimiz dostluğumuzu möhkəmləndirəcək - Kreml rəsmisi
Ermənistandakı məktəblərimiz dostluğumuzu möhkəmləndirəcək - Kreml rəsmisi
"Moskvanın Ermənistanda tikməyi planlaşdırdığı rus məktəbləri ilə bağlı məsələ hazırda həmkarlar tərəfindən fəal şəkildə müzakirə olunur".

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Kremlin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəhbəri İqor Maslov danışıb.

“Ümid edirik ki, Ermənistanın xüsusiyyətlərinə, qanunvericiliyinə anlayışla və dərin hörmətlə ən müasir təhsil layihələrini həyata keçirməyə imkan verəcək forma tapa biləcəyik. Məktəblər lazım olan hər şeylə tam təchiz olunacaq, müasir tədris metodlarına uyğun olacaq. Onların açılması gənclərin öz vətənlərində imkanlarını genişləndirəcək, xalqlar arasında dostluğun möhkəmləndirilməsi istiqamətində daha bir addım olacaq", - Kreml rəsmisi əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.