“Biz daha təhlükəli bir dünyada yaşadığımız üçün bunu etməliyik” - Stoltenberq

20-06-2023, 00:07           
“Biz daha təhlükəli bir dünyada yaşadığımız üçün bunu etməliyik” - Stoltenberq
“Mən Almaniyanın və digər müttəfiqlərin müdafiə sahəsinə daha çox investisiya qoymasını gözləyirəm”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Almaniya Sənaye Federasiyasının təşkil etdiyi tədbirdə çıxışı zamanı deyib.

“Reallıq budur ki, bütün NATO müttəfiqləri “soyuq müharibə”nin başa çatmasından sonra gərginlik azaldığı üçün müdafiə xərclərini azaldıblar. İndi isə gərginlik qalxıb və Ukraynada genişmiqyaslı müharibə gedir. Ona görə də mən Almaniyanın və digər müttəfiqlərin müdafiə sahəsinə daha çox investisiya qoymasını gözləyirəm. Biz daha təhlükəli bir dünyada yaşadığımız üçün bunu etməliyik”, - Stoltenberq qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru