“Putinin hərəkətləri Rusiya imperiyasının ölümünü sürətləndirdi” - Podolyak:

20-06-2023, 08:14           
“Putinin hərəkətləri Rusiya imperiyasının ölümünü sürətləndirdi” - Podolyak:
“Putinin hərəkətləri Rusiya imperiyasının ölümünü sürətləndirdi. Bu, qaçılmaz olan tarixi prosesdir”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Dünyada nələrin baş verdiyini, bu gün kimin hansı resurslarda olduğunu başa düşmədiyiniz zaman avtomatik olaraq ölkənizin uyğun olmayan logistikasını, onun adından verdiyiniz bəyanatları məhv etmək prosesinə başlayırsınız”, - deyə Podolyak Putinin qərarlarını şərh edib.

Onun sözlərinə görə, bu, parçalanma məsələsi deyil, Rusiyanın transformasiyası məsələsidir:

“Rusiya daha kompakt olmalı və daha az həcmli qlobal mövqe tutmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru