Navalnı hakim qarşısına çıxarılır — “Nasist ideologiyasını reabilitasiya etməkdə” ittiham olunur

20-06-2023, 10:04           
Navalnı hakim qarşısına çıxarılır —
Rusiya müxalifətinin lideri Aleksey Navalnı barəsində əlavə irəli sürülmüş “ekstremist fəaliyyəti maliyyələşirmək” ittihamı ilə bu gün məhkəmə qarşısına çıxacaq.

Demokrat.az xəbər verir ki, bu ittiham onun həbs müddətinin daha 10 il artmasına səbəb ola bilər.

Putin hakimiyyəti əleyhinə kütləvi etirazlara səbəb olmaqda ittiham olunan Navalnı “pul mənimsəməsi” ittihamı ilə 9 illik həbs cəzası çəkir və tərəfdarları bunun siyasi fəaliyyətinə görə olduğunu düşünürlər.

Məlumata görə, Rusiya müxalifətinin liderinə qarşı yeni əlavə ittihamlar irəli sürülüb. Belə ki, Navalnı indi də “ekstremist fəaliyyəti maliyyələşdirməkdə və təbliğ etməkdə”, “nasist ideologiyasını reabilitasiya etməkdə” ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru