Ermənistan zavodu sərhəddə inşa etməklə Azərbaycamla gərginliyə başqa dövlətləri də qatmaq istəyir

20-06-2023, 08:24           
Ermənistan zavodu sərhəddə inşa etməklə Azərbaycamla gərginliyə başqa dövlətləri də qatmaq istəyir
Ermənistanla Azərbaycan sərhədində vəziyyət gərgindir, iki ölkə arasında sülh sazişi imzalanmayıb, sərhəd müəyənləşməyib, Zəngəzur dəhlizi açılmayıb.
Belə olan halda Ermənistan hökuməti hansı məntiqlə sərhəddən təxminən 500 metr məsafədə olan ərazidə böyük metallurgiya zavodu inşa etməyə qərar verib? Bu sualı erməni jurnalistlər də səsləndiriblər.
Ermənistan İqtisadiyyat Nazirliyi həmin zavodun yerini xarici investorların seçdiyinə dair açıqlama yayıb. Bu şübhə doğurur.
Dünyanın heç bir yatırımçısı atəşin intensiv olduğu ərazidə zavod tikintisinə razılaşmaz, bununla investisiyasını təhlükə altında atar.
Ermənistanın bir qrup eksperti zavodun sərhədə yaxın tikilməsini istehsal ediləcək məhsulların dəmiryolu ilə İrana daşınacağı ilə əlaqələndirib.
Bu da məntiqə ziddir. Əgər zavod ABŞ investisiyaları ilə tikilirsə, bu zavodun məhsulları Vaşinqtonun sanksiya tətbiq etdiyi ölkəyə necə ixrac edilə bilər?
Ermənistan zavodu sərhəddə inşa etməklə Azərbaycamla gərginliyə başqa dövlətləri də qatmaq istəyir. Zavodun tikintisində hindlilərin çalışdırılmasının səbəbi də budur.
Ermənistanla Azərbaycan arasında sülh əldə olunmayana qədər həmin zavodun tikintisi davam edə bilməyəcək. Digər tərəfdən iki ölkə arasında sülh sazişi imzalansa belə Azərbaycan həmin zavodun ətraf mühitə zərəri məsələsini gündəmdə saxlayacaq.
Ermənistan hökuməti metallurgiya zavodunu sərhəddə tikməyə qərar verməklə Azərbaycanla münasibətlərdə əlavə problem yaradıb. Biz bunu böyük dövlətlərə də anlatmalıyıq.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.