“Çelsi”ni satan Abramoviç Britaniya ilə nəyi bölə bilmir? - VİDEO

20-06-2023, 14:43           
“Çelsi”ni satan Abramoviç Britaniya ilə nəyi bölə bilmir? - VİDEO
Biznesmen Roman Abramoviç “Çelsi” futbol klubunun satışından əldə etdiyi vəsaiti hələ ki Ukraynaya Yardım Fonduna köçürməyib.

Bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb. R.Abramoviç Ukraynaya yardım fonduna vəsait köçürmək üçün müqavilə imzalamaqdan imtina edərək “Çelsi”nin satışından əldə olunan 2,3 milyard funt-sterlinqin bir hissəsinin də müharibədən əziyyət çəkən rusiyalılara göndərilməsinə israr edir.

Vəsaitlərin humanitar fonda köçürülməsi London klubunu satmaq üçün sövdələşmənin tamamlanmasının şərtlərindən biri idi. Müqavilə bu ilin yanvarında bağlanıb, lakin klubun satılması ilə bağlı danışıqlar hələ R.Abramoviç Rusiyanın Ukraynadakı müharibəsinə görə sanksiyalar siyahısına düşməmişdən əvvəl başlayıb. Rusiyalı oliqarx 20 il klubun sahibi olub.
Qəzetin Böyük Britaniya hökumətindəki mənbələrə istinadən verdiyi informasiyaya əsasən, nə Böyük Britaniya hökuməti, nə də Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların mövcud olduğu bir vaxtda rusiyalılara vəsaitin köçürülməsinə razı ola bilər.
R.Abramoviçin mətbuat xidmətindən verilən məlumata görə, rusiyalı milyarder pulu “münaqişənin hər iki tərəfindəki qurbanların” ehtiyacları üçün bir fonda köçürməkdə israrlıdır. Rusiya tərəfdən qurbanlar dedikdə kimlərin nəzərdə tutulduğu açıqlanmayıb.

“Çelsi”nin satışından əldə olunan 2,3 milyard funt-sterlinqlik məbləğ R.Abramoviçin şirkətlərindən birinin dondurulmuş hesabında qalır. Həmin məbləği istənilən yerə köçürmək üçün Britaniya Xarici İşlər Nazirliyinin icazəsi tələb olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.