Ermənistanda Rusiyaya nifrət maksimuma çatdı – Siyahı

20-06-2023, 12:11           
Ermənistanda Rusiyaya nifrət maksimuma çatdı – Siyahı
“Faynənşl Tayms” nəşri keçmiş sovet ölkələrində Rusiyaya qarşı münasibətin 2021-ci illə müqayisədə 2022-ci ildə necə dəyişdiyini əks etdirən cədvəl nəşr edib.

Rusiyaya nifrət Ukraynada ən yüksək səviyyədədir – 100 faizə yaxın. 2021-ci ildə bu rəqəm 70 faiz olub.

Sonrakı yerdə Latviya gəlir: 2021-ci ildə Rusiyanı əhalinin 45 faizi sevmirdisə, hazırda bu rəqəm 90 faizdən çoxdur.

Gürcüstanda bu rəqəm 70 faizdən 85 faizə, Estoniyada 55 faizdən 83 faizə, Latviyada 55 faizdən 80 faizə, Moldovada 40 faizdən 55 faizə, Qazaxıstanda 20 faizdən 50 faizə, Qırğızıstanda 10 faizdən 30 faizə qalxıb.

Rusiyaya nifrət edənlər baxımından keçmiş sovet ölkələrində ən az “artım” Özbəkistandadır – 18 faiz (2021-ci ildə 16 faiz olub).

Ermənistan da Rusiyaya nifrət edənlərin sayında ciddi artım olan ölkələr sırasında “liderdir”: 2021-ci ildə 38% olan bu rəqəm 2022-ci ildə 60%-ə qalxıb.

Qeyd edək ki, Azərbaycan siyahıda yer almayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.