Ermənistan Mehrininin əvəzində Azərbaycandan nə istəyirdi? - Gizli sənəd

20-06-2023, 18:49           
Ermənistan Mehrininin əvəzində Azərbaycandan nə istəyirdi? - Gizli sənəd
"Ermənistan 1999-cu ildə Mehrinin "DQMV" müqabilində Azərbaycana verilməsini müzakirə edib".
Bunu Paşinyan 44 günlük müharibənin şərtlərini araşdıran müvəqqəti komissiyanın iclasında deyib.

"ATƏT-in İstanbul Sammiti (1999-cu il - red.) zamanı daha bir sənəd dövriyyədə idi. Bu, ərazilərin mübadiləsi ilə bağlı sənəd idi", - Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, sammitdə onlar nə ərazi bütövlüyünə, nə də öz müqəddəratını təyinetmə hüququna istinad etməyiblər. Çünki diplomatik ictimaiyyət danışıqlar masasında nizamlama sənədinin olduğunu bilirdi.

"Sənəddə qeyd olunurdu ki, 1988-ci il sərhədləri daxilində "DQMV", Şuşa və Laçın rayonları Ermənistana, Mehri rayonu isə Azərbaycana verilir.

İkinci bənd Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl, Qubadlı, Kəlbəcər və Goranboyun Azərbaycana verilməsini nəzərdə tuturdu. Bundan əlavə, sovet dövründə mövcud olan anklavlar onları əhatə edən ölkələrə verilməli idi. Ermənistan 60 gün ərzində Mehridən qoşunlarını çıxarmalı və bu ərazidə münaqişə zamanı zərər çəkmiş Azərbaycan vətəndaşları yaşamalı idi".

Onun sözlərinə görə, bu proses 1999-cu ilin avqust-noyabr aylarında baş verib.

"Ancaq sənədi qəbul etmədilər. Belə bir fikir var ki, Karen Dəmirçyan və Vazgen Sarkisyan canları bahasına onun imzalanmasına mane olublar”, - Paşinyan bildirib.

Eyni zamanda, baş nazirin sözlərinə görə, bütün bunlar müxtəlif illərdə sızmalarla üzə çıxdığından, o, bu məlumatı yavaş-yavaş toplayıb.

Qeyd: DQMV- Qarabağ bölgəsində 1923–1991-ci illərdə Qarabağda mövcud olmuş inzibati ərazi vahidi. Ora Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa və Xankəndi daxil idi. //azvision.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.