Çinin Rusiya neftinin idxalının Ukraynada müharibə başlayandan bəri ən yüksək həddə çatdığı bildirilir

21-06-2023, 10:14           
Çinin Rusiya neftinin idxalının Ukraynada müharibə başlayandan bəri ən yüksək həddə çatdığı bildirilir
Pekinin çərşənbə axşamı açıqlanan gömrük məlumatları göstərir ki, Moskva 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsindən bəri Çinin Rusiya neftinin idxalı ötən ay ən yüksək həddə çatıb.

Təfərrüatlı gömrük məlumatlarında deyilir ki, Çin may ayında Rusiyadan 9.71 milyon ton neft ixrac edib ki. 2022-ci ilin fevralında isə bu rəqəm 5.4 milyon, bir sonrakı ayda isə 6.3 milyon ton olub.

Göstəricilər Moskvanın Ukraynaya hərbi müdaxiləsindən bəri Çinin Rusiyanın xam neftini idxalının demək olar iki qat artdığını göstərir.

Bu rəqəmlər bu ay Çinin Rusiya ilə ticarətinin 2022-ci ilin fevralından bəri görünməyən həddə çatdığını göstərən göstəricilərlə üst-üstə düşür.

Pekinin məlumatında deyilir ki, ötən ay iki ölkə arasında ticarətin dəyəri 20.5 milayrd dollar olub və çinin Rusiyadan idxalı 11.3 milyard dollara bərabər olub.

Çin gömrük məlumatlarına görə, Çin Rusiyanın ən böyük ticarət tərəfdaşıdır və ötən il onların arasında ticarət rekord 190 milyard dollara çatıb.

Çin prezidenti Şi Tsinpin və Rusiya lideri Vladimir Putin mart ayında keçirilən zirvə görüşündə 2023-cü ildə ticarəti 200 milyard dollara çatdırmağı vəd ediblər və aralarında “limiti olmayan” tərəfdaşlığı tərifləyiblər.

Rusiya baş nazirinin müavini Aleksandr Novak ötən ay deyib ki, Rusiyanın Çinə enerji tədarükünün bu il 40 faiz artacağı gözlənilir.

Pekin Ukrayna müharibəsində neytral tərəf olduğunu desə də, Qərb ölkələri tərəfindən Mokvanı qınamaması və Rusiya ilə yaxın strateji əməkdaşlıq etməsi səbəbilə tənqid olunub.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.