“YouTube” ABŞ prezidentliyinə namizədin videosunu sildi - FOTO

21-06-2023, 13:55           
“YouTube” ABŞ prezidentliyinə namizədin videosunu sildi - FOTO
“YouTube” videohostinqi ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedinin videosunu silib.

Buna səbəb videoda vaksinasiya ilə bağlı yalan məlumatın yayılmasına dair şübhələr olub.

Kiçik Kennedi 35-ci prezident Con Kennedinin yaxın qohumudur (qardaşı oğludur).

Şirkətdən verilən açıqlamaya görə, videoda vaksindən sonra yaranan xroniki yan təsirlər barədə məlumatlar yer alır.

“Biz “YouTube”un vaksinlər haqqında dezinformasiya ilə bağlı ümumi siyasətini pozduğuna görə videonu sildik. “YouTube”un bu siyasəti vaksinlərin tibbi orqanlar tərəfindən tanınan nadir yan təsirlərdən başqa, xroniki yan təsirlərə səbəb olması kontentini qadağan edir”, - deyə “YouTube”un bununla bağlı press-relizində qeyd edilib.
Öz növbəsində, siyasətçi ABŞ prezidentliyinə namizədlərin media platformaları tərəfindən senzuraya məruz qalmasının məqsədəuyğunluğuna şübhə ilə yanaşdığını bildirib.

Mənbə: “NBC News”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru