Xankəndiyə ərzaq Ağdamdan göndərilə bilər - Bakı nə təklif edib?

21-06-2023, 10:37           
Xankəndiyə ərzaq Ağdamdan göndərilə bilər -
Ermənistanın təxribatı nəticəsində Laçın postunun bağlanması ilə Qarabağa yük daşımaları da dayandırılıb. Separatçılar “ərzaq qıtlığı” haqda təbliğat aparır, lakin kifayət qədər ehtiyatın olduğu haqda etiraflar erməni mənbələrdə yayımlanır.

Publika.az xəbər verir ki, “İravunk” nəşri postun bağlanmasından sonra dayanan daşımaların təkcə erməni əhalisi üçün yox, sülhməramlılar üçün də problemlərə yol açacağını yazır. Lakin əlavə edir ki, “hələ də kifayət qədər ehtiyat var”.

Nəşr bunu “mövcud vəziyyəti” izah etmək üçün yazsa da, bu, həm də separatçıların “aclıq təbliğatı”nı təkzib edən məqamdır.

Nəşrin məqaləsində diqqətçəən əsas məqam Azərbaycanın sülhməramlılara verdiyi təklif haqda qeydlərdir. Məqalədə iddia olunur ki, “problem sülhməramlıların da qapısını döyür”:

“Azərbaycan tərəfi isə sülməramlılara təklif edib ki, Ağdamdan istədikləri qədər ərzaq və digər lazımi ləvazimatlar ala bilərlər”, - nəşr yazır.

Böyük ehtimalla, söhbət Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən gedir. Mümkündür ki, postun bağlanmasından sonra Qarabağda erməni əhalisinin də təminatı bu monitorinq mərkəzinin vasitəsilə həyata keçirilsin. Bu baş verərsə, Xankəndiyə ərzaq Ermənistandan yox, Ağdamdan göndərilə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.