KİV: Pekin qəsdən Blinkeni soyuq qarşılayıb

21-06-2023, 12:56           
KİV: Pekin qəsdən Blinkeni soyuq qarşılayıb
Çin hökuməti ABŞ dövlət katibi Entoni Blinkeni qəsdən soyuq qarşılayıb.

APA xəbər verir ki, bu barədə Yaponiyanın “The Nihon Keizai Shimbun“ (The Nikkei) nəşri yazıb.

Nəşrin yazdığına görə, Blinken səfər zamanı Çin hökumətini ölkələrin hərbi rəhbərliyi arasında dialoqun bərpasına razılaşdıra bilməyib.

Nəşrin yazdığına görə, 19 iyunda təşkil edilən görüşdə iştirakçıların yerləşdirilməsi Çin liderinin malik olduğu gücü nümayiş etdirmək məqsədi daşıyırdı.

Belə ki, Çin Sədri Si Cinpin oval masanın başında, Çin və ABŞ nümayəndə heyətlərinin üzvləri isə onun sağ və sol tərəfində yerləşdirilmişdi.

Həmçinin o da əlavə olunub ki, ABŞ dövlət katiblərinin Pekinə əvvəlki səfərləri zamanı iclas iştirakçılarının yerləşdirilməsi tamamilə fərqli idi. Məsələn 2018-ci ildə baş tutan görüş zamanı ABŞ-ın sabiq dövlət katibi Maykl Pompeo və Cinpin yan-yana əyləşmişdi.

Nəşr onu da xatırladıb ki, 16 iyunda “Microsoft” proqram təminatı şirkətinin qurucusu, milyarder Bill Qeytslə Çin Sədri Cinpinin görüşü zamanı masa arxasında yerləşmə Blinkenlə təşkil olunan görüşdəki kimi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru