Əks-hücumun "kəşfiyyat fazası" başa çatdı - Jdanov

21-06-2023, 11:37           
Əks-hücumun "kəşfiyyat fazası" başa çatdı - Jdanov
Qərb silahları sayəsində Ukrayna Silahlı Qüvvələri hücumun birinci mərhələsini başa vurub və əsas hücuma hazırdır. Bununla belə, tədricən hərəkət etmək və gücü sona qədər saxlamaq vacibdir.
Aktual.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov məlumat verib.
O vurğulayıb ki, ruslar dayanmayacaqlar, ona görə də arxayınlaşmaq olmaz:
"Deyərdim ki, bu, əslində həyata keçirdiyimiz hücumun birinci mərhələsidir. Biz döyüşlə kəşfiyyat apardıq, demək olar ki, dayaq xəttini keçdik.
Bu gün hərbi əməliyyatların intensivliyi azalıb, lakin Ukrayna Silahlı Qüvvələri hələ də rusları müdafiə olunmağa məcbur edir və onları bir neçə istiqamətdə darmadağın edir. Eyni dərəcədə ukraynalı müdafiəçilər düşmən logistikasını və maddi-texniki təchizatını sistematik şəkildə məhv edir", - Jdanov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru