...xalqın, cəmiyyətin nəbzini tuta bilmirlər, və ya buna ehtiyac duymurlar..."

22-06-2023, 10:08           
...xalqın, cəmiyyətin nəbzini tuta bilmirlər, və ya buna ehtiyac duymurlar..."
Hökumətin cəmiyyətlə kommunikasiya “dili” pisdir, qırıcıdır, perspektivdə özlərinə böyük problem yaradacaq üslubdur, amma səbəbi aydındır:
- Normal siyasi kommunikasiya üçün ehtiyacları yoxdur, seçki institutu olmayan yerdə “dil” belə olur, başqa cür ola da bilməz.
Amma kiçik, məhəlli, icmalara aid lokal problemlərin həllində də hökumət məntiqə deyil də, “instinktlərinə” uyğun davranır:
1) Cəmiyyəti “öz” adamlarına və “onlardan olmayanlara” ayırıblar – etiraz yaradan məsələdə “öz” adamlarını cəzalandırmamağa çalışırlar, onları “başqalarının” ayağına vermirlər ki, sonradan “öz” adamları incik düşüb eyni situasiyada başqa cür davranmasınlar,
2) Kiçik, lokal etirazlarda “öz çevrələrindən olmayanların” haqlı tələblərinə asanlıqla yerinə yetirə bilərlər – amma bu hökumət üçün “pis” president yarada və “özlərindən olmayanları” ürəkləndirə bilər ki, etirazla problemləri həll etmək mümkündür.
İstənilən məsələrə təməl yanaşmaları bu “alqoritm” ilə olur deyə xalqın, cəmiyyətin nəbzini tuta bilmirlər, və ya buna ehtiyac duymurlar...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.