“Sülhməramlı”lar ərzaqlarını Ağdam vasitəsi ilə almaqdan imtina ediblər?..

23-06-2023, 14:24           
“Sülhməramlı”lar ərzaqlarını Ağdam vasitəsi ilə almaqdan imtina ediblər?..
“İndiyədək aparılan danışıqlar nəticəsində Rusiya sülhməramlıları hələ də Azərbaycan tərəfi ilə humanitar yüklərin Artsaxa ötürülməsi ilə bağlı razılığa gələ bilmirlər”.

Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın “İravunk” nəşri məlumat yayıb.

“Əldə olunan məlumata görə, azərbaycanlılar Həkəri körpüsündən hər cür giriş-çıxışın qəti əleyhinədirlər”-deyə erməni nəşri əlavə edir.

Qəzet iddia edir ki, giya Azərbaycan tərəfi Rusiya “sülhməramlı”larına özləri üçün ərzaqları Laçın sərhəd-buraxılış məntəqəsi ilə deyil, Ağdam vasitəsi ilə almağı təklif ediblər, lakin onlar buna mənfi cavab veriblər.

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru