“Yaxın 2-3 ay ərzində cəbhədə aktiv döyüş əməliyyatları aparılacaq” - Ukrayna MN

23-06-2023, 14:53           
“Yaxın 2-3 ay ərzində cəbhədə aktiv döyüş əməliyyatları aparılacaq” - Ukrayna MN
“Yaxın 2-3 ay ərzində cəbhədə aktiv döyüş əməliyyatları aparılacaq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

O bildirib ki, Ukrayna ordusu hücum və müdafiə əməliyyatlarını paralel aparacaq: “Çünki bizim strateji məqsədimiz bütün ərazilərimizi azad etməkdir”.

V. Skibitskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri diqqətini yayın ortalarına yönəldib.

Müdafiə Nazirliyinin nümayəndəsi müharibə ilə bağlı illik planları açıqlamaqdan imtina edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Ukrayna Silahlı Qüvvələri aktiv əks-hücum əməliyyatlarını davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru