“PRİQOJİNİ SAXLAMAĞA KÖMƏK EDİN!” – Federal Təhlükəsizlik Xidməti “Vaqnerçi”lərə çağırış edib

24-06-2023, 07:56           
“PRİQOJİNİ SAXLAMAĞA KÖMƏK EDİN!” –
“Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərini Yevgeni Priqojinin cinayət əmrlərini yerinə yetirməməyə və onun tutulması üçün tədbirlər görməyə çağırırıq”.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Priqojinin bəyanatları və hərəkətləri Rusiyada silahlı vətəndaş qarşıdurmasının başlaması və hərbçilərin “kürəyinə bıçaq zərbəsi” endirmək çağırışlarıdır.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələri ilə təmas xəttində döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru