SUROVİKİN “VAQNERÇİ”LƏRƏ ÇAĞIRIŞ ETDİ – “Kolonların hərəkətini dayandırın!” (VİDEO)

24-06-2023, 08:16           
SUROVİKİN “VAQNERÇİ”LƏRƏ ÇAĞIRIŞ ETDİ –
Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrin komandanının müavini, general-polkovnik Sergey Surovikin bu dəqiqələrdə videomüraciət yayaraq, “Vaqner PMC”-nin rəhbərliyi, komandirləri və əsgərlərinə çağırış edib.

“AzPolitika.info” xəbər verir ki, kameranın qarşısına əlində silah çıxan Surovikin Moskvaya doğru yürüşü dayandırmağa, bütün problemləri danışıqlar yolu ilə həll etməyə səsləyib.

Deyib ki, Rusiyanın “qanuni yolla” seçilmiş Prezidentinin əmrlərini yerinə yetirmək lazımdır. “Neçə ki, gec deyil, kolonların hərəkətini dayandırın!”

Xatırladaq ki, “Vaqner”in başçısı Yevgeni Priqojin Rusiya Ordusunun onun düşərgələrinə raket zərbələri endirdiyini iddia edərək, bu əmri verən Müdafiə naziri Sergey Şoyqunu Qırmızı meydanda asmaq üçün 25 minlik ordu ilə Moskvaya yürüşə başladığını elan edib. Rusiya hüquq-mühafizə orqanları artıq Priqojinə cinayət işi açıblar və h əbsinə nail olmaq üçün əməliyyat başlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru