“PUTİN VƏZİYYƏTDƏN XƏBƏRDARDIR” – Kremldən ilk açıqlama

24-06-2023, 08:39           
“PUTİN VƏZİYYƏTDƏN XƏBƏRDARDIR” –
Rusiya Prezidenti Vladimir Putin "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin ətrafında cərəyan edən vəziyyətdən xəbərdardır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O bildirib ki, bütün lazımi tədbirlər görülür.

Qeyd edək ki, Priqojin Müdafiə Nazirliyini "Vaqner" özəl hərbi şirkətinin düşərgələrinə raket zərbəsi endirməkdə günahlandırıb.

O, müdafiə naziri Sergey Şoyqunun "Vaqner" özəl hərbi şirkətinin arxa cəbhəsindəki düşərgələrinə zərbə endirmək üçün Rostova gəldiyini açıqlayıb.

Rusiya MN isə Priqojinin iddiarını təkzib edərək həmin bəyanatı yalan və təxribat adlandırıb.

Priqojin isə buna cavab olaraq 25 min nəfərlik qoşunla Moskvaya doğru hərəkət etdiyini bəyan edib.

Sosial şəbəkələrin Rusiya seqmentində Priqojinin hərəkəti hərbi çevrilişə cəhd kimi qiymətləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru