Putin: Hərbi qiyamın rəhbərlərinin zərərsizləşdirilməsi üçün əmr verilib - VİDEO

24-06-2023, 11:21           
Putin: Hərbi qiyamın rəhbərlərinin zərərsizləşdirilməsi üçün əmr verilib - VİDEO
Rusiyada üsyan təşkil etməyə çalışırlar.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Putin bildirib ki, onlar üsyanla Rusiyanı məğlubiyyətə və təslim olmağa sövq etməyə çalışırlar: "Rusiya özünü daxili xəyanətdən qoruyacaq".

Putin silahlı üsyanla bağlı vəziyyəti ölkəyə və xalqa vurulan zərbə və satqınlıq adlandırıb.

"Hərbi üsyanı təşkil edən Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən bir Rusiya vətəndaşı kimi ölkənin müdafiəsi üçün hər şeyi edəcəyəm, qətiyyətli addımlar atılacaq".

O, hərbi qiyamın təşkilatçılarının zərərsizləşdirilməsi üçün müvafiq əmr verildiyini deyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru